Xızıda kanalda boğulan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Hadisə
  • 02 sentyabr, 2025
  • 09:13
Xızıda kanalda boğulan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Xızıda kanalda boğulan şəxslərin kimliyi məlum olub.

"Report" xəbər verir ki, Tovuz rayonu Çilovdarlı kənd sakinləri 2001-ci il təvəllüdlü Abdıyev Ramazan İsrayıl oğlu və 1999-cu il təvəllüdlü Abdıyev Orxan İsrayıl oğlu Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalına ehtiyatsızlıqdan düşərək boğulub ölüblər.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.