İspaniya La Liqasında yayın ən bahalı beş transferi bəlli olub
Futbol
- 02 sentyabr, 2025
- 09:08
İspaniya La Liqasında yayın ən bahalı futbolçu transferləri bəlli olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, ən bahalı üç keçidi "Real" gerçəkləşdirib.
Birinci pillədə İngiltərə təmsilçisi "Bornmut"dan bu komandaya keçən Din Huysen (62,5 milyon avro) qərarlaşıb.
İkinci sırada Portuqaliyanın "Benfika" klubundan transfer olunan Alvaro Karreras (50 milyon avro) yer alıb. "Real" Argentinanın "River Pleyt" komandasından Franko Mastantuononu isə 45 milyon avroya alıb.
"Vilyarreal"ı "Atletiko"ya dəyişən Aleks Baena (42 milyon avro) dördüncü, Fransanın "Lion" klubundan "Vilyarreal"a keçən Georgi Mikautadze (31 milyon avro) beşincidir.
Qeyd edək ki, La Liqada yay transfer dönəmi sentyabrın 1-i, Bakı vaxtı ilə saat 22:00-da bağlanıb.
Son xəbərlər
23:03
Tayani: İtaliya PURL proqramında iştirak etməyəcək
Digər ölkələr22:46
Hakan Fidan Brüsseldə Rüstəm Umerovla görüşüb
Region22:44
Video
Bakıda restoranda yanğın olub
Hadisə22:35
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb
Hadisə22:33
FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb
Futbol22:33
Sikorski: Alyans Rusiya-NATO Şurasını ləğv edəcək
Digər ölkələr22:20
Şri-Lankada "Ditva" siklonu nəticəsində ölənlərin sayı 479-a çatıb
Digər ölkələr22:06
Rütte: NATO Ukraynadakı münaqişənin həllində iştirak edir, amma çıxış yolunu yalnız Tramp tapa bilər
Digər ölkələr22:02