Şəkidə evə maskalı şəxslər basqın edib, saxlanılanlar var
Hadisə
- 02 sentyabr, 2025
- 09:01
Şəki rayonunun Kiçik Dəhnə kəndində gecə saatlarında mənzilə basqın edən şəxslər saxlanılıblar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon ərazisində mənzillərdən birinə daxil olan maskalı şəxslər ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gəlib pulunu ələ keçiriblər.
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və tanışı 47 yaşlı Tural Əsədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
12:30
Parlamentin Hesablayıcı və İntizam komissiyaları yenidən formalaşdırılıb
Milli Məclis12:29
Parlamentin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib
Daxili siyasət12:25
Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi təklif olunur
Biznes12:20
İngiltərə klubu tarixinin ən bahalı transferini həyata keçirməyə yaxındır
Futbol12:19
DMA: Ötən il 72 mindən çox gənc işlə təmin edilib
Sosial müdafiə12:16
Azərbaycanda antivirus lisenziyası ilə ötən il 6 milyondan artıq zərərli aktivliyin qarşısı alınıb
İKT12:13
Foto
ADDA ilə GN Group Corporation arasında əməkdaşlıq memorandumu imzalanıb
Elm və təhsil12:11
"Neftçi"nin heyətində qol vuran futbolçuların sayı 200-ə çatıb
Futbol12:11