İlham Əliyev: "Azərbaycan 100 % genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir"

İKT
  • 17 noyabr, 2025
  • 10:46
İlham Əliyev: Azərbaycan 100 % genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir
İlham Əliyev

Azərbaycan bu gün 100 %-lik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-2025) iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır: "SİMA" adlı biometrik rəqəmsal imza sistemini artıq 3,6 milyon istifadəçi qəbul edib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi"nin ən yüksək kateqoriyası qrupuna daxil olub. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır".

Son xəbərlər

Bütün Xəbər Lenti