Azərbaycan neft məhsullarının ixracını 19 %-ə yaxın artırıb

Energetika
  • 17 noyabr, 2025
  • 12:43
Azərbaycan neft məhsullarının ixracını 19 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 587 min 805,75 ton həcmində neft məhsulları ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 327 milyon 757,92 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 18,6 %, dəyəri isə 6,1 % çoxdur.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 1,51 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti