Komitə sədri: Qarabağda "5 dəqiqəlik şəhər modeli"nin tətbiqi nəzərdə tutulur

Daxili siyasət
  • 17 noyabr, 2025
  • 12:56
Komitə sədri: Qarabağda 5 dəqiqəlik şəhər modelinin tətbiqi nəzərdə tutulur
Anar Quliyev

Dünya təcrübəsində "15 dəqiqəlik şəhər modeli" daha geniş yayılsa da, Qarabağda "5 dəqiqəlik şəhər modeli"nin tətbiqi nəzərdə tutulur.

"Report"un məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə açıqlmasında deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə hər bir yaşayış məntəqəsində "ağıllı şəhər" prinsiplərinin tətbiqi nəzərdə tutulub:

"Azad edilmiş ərazilərdəki şəhər və kəndlərimizi yenidən qururuq. Bildiyiniz kimi, həmin ərazilər üzrə 12 şəhərin planlaşdrılması aparılır, səkkiz şəhərin isə baş plan artıq təsdiq olunub, dörd şəhər üzrə iş bitmək üzrədir. Bunlarla yanaşı yüzlərlə kəndin yenidən qurulması planlaşdırılır. Hər bir yaşayış məntəqəsinin miqyasından, yerləşdiyi ərazinin çətinliklərindən, landşaftdan asılı olmayaraq yenidənqurma işlərinin icrası 20 il müddətinə nəzərdə tutulub. Dünyada ən geniş tətbiq edilən prinsip "15 dəqiqəlik şəhər modeli" olsa da, Qarabağda biz bunu "5 dəqiqəlik" şəhər prinsipi əsasında təşkil etməyi planlaşdırırıq. İnsanların evdən çıxıb gedəcəkləri məntəqəyə cəmi beş dəqiqə ərzində çata bilmələri üçün lazımi işlərin görülməsini qarşıya məqsəd qoymuşuq".

A.Quliyev onu da qeyd edib ki, həmin ərazilərdə memarlıq məsələlərinə də xüsusi yanaşma mövcuddur:

"Belə ki, hər şəhərin ənənələrindən ilhamlanaraq yeni, müasir, amma yenə də memarlıq ənənələrinə sadiq fərdi evlər və binalar layihələndirilir. Yaşıl şəhərlərin də salınması diqqətdədir. Yeni şəhərsalma gündəliyinin əsas prinsipləri bunlardır".

Son xəbərlər

Bütün Xəbər Lenti