Azərbaycan gələn il Ümumdünya Şəhərsalma Forumunda öz modelini təqdim edəcək

Xarici siyasət
  • 17 noyabr, 2025
  • 12:41
Azərbaycan gələn il Ümumdünya Şəhərsalma Forumunda öz modelini təqdim edəcək

Azərbaycan gələn il ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunda (WUF13) öz modelini təqdim edəcək.

"Report"un məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə açıqlmasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ilk dəfə forum çərçivəsində yüksək səviyyəli samitin keçirilməsi təşəbbüsü ilə çıxış edib:

"Əsas məqsədimiz tədbiri yüksək səviyyədə təşkil etməkdir. Həmçinin nazirlər iclasını daha geniş tərkibdə həyata keçirməyi təklif etmişik. Əvvəlki forumlardan fərqli olaraq tədbir beş deyil, altı gün olacaq. Şəhər rəhbərlərinin fəal iştirakına xüsusi diqqət ayırırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti