Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 33 %-ə yaxın azalıb

İKT
  • 16 oktyabr, 2025
  • 09:52
Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 33 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 235,8 milyon manat investisiya qoyulub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 % azdır.

Təkcə sentyabrda sektora investisiya qoyuluşu 24,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,9 % çoxdur.

Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 1,8 %-i informasiya və rabitə sektorunun payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti