Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 38 % azalıb

İKT
  • 04 sentyabr, 2025
  • 10:40
Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 38 % azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 33 yeni domen verilib.

"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 177 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 25 % azdır.

2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.