Qobustanda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi ilə vida mərasimi keçirilib
Hərbi
- 12 sentyabr, 2025
- 13:01

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan şəhid Cəlal Xankişi oğlu Abdullayevlə vida mərasimi keçirilib.
"Report"un məlumatına görə, mərhumun ailə üzvlərinə məxsus evdə keçirilən mərasimdə şəhidin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinin qalıqları Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, Cəlal Abdullayev 1971-ci il avqustun 24-də Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. C.Abdullayev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində itkin düşmüş sayılırdı.
Son xəbərlər
15:23
Rusiyaya qarşı sanksiyalar paketi sentyabrın 17-də elan ediləcək - YENİLƏNİB
Digər ölkələr15:23
Gəncədə evdə suqızdırıcı partlayıb, xəsarət alan var
Hadisə15:23
Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
Fərdi15:21
"Qarabağ"ın rəqibinin yeni transferi 3 ay yaşıl meydanlardan uzaq qalacaq
Futbol15:20
Rusiya və Belarus diplomatları Aİ-nin baş ofisinə çağırılıblar
Digər ölkələr15:19
Foto
İlk köç karvanı Badara kəndinə çatıb - YENİLƏNİB-2
Daxili siyasət15:17
Ermənistan "Qərb-2025" təlimlərinə qoşulmayıb
Digər15:09
Azərbaycan və Belçika biznes-missiya çərçivəsində beş saziş imzalayıb
Biznes15:07