Lavrov: Moskva ABŞ-nin Ukrayna ilə bağlı planının aralıq versiyasını gözləyir

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 14:38
Lavrov: Moskva ABŞ-nin Ukrayna ilə bağlı planının aralıq versiyasını gözləyir

Rusiya ABŞ-dən Avropa və Kiyevlə razılaşdırılmış Ukrayna planının aralıq versiyasını almağı gözləyir.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

"Biz onlardan (ABŞ-dən - red.) bu mətnin avropalılar və ukraynalılarla razılaşdırma mərhələlərinin başa çatması baxımından aralıq hesab etdikləri versiyanı gözləyirik", - o deyib.

Lavrovun sözlərinə görə, Donald Tramp administrasiyasının rəsmi planı Rusiya tərəfinə təqdim edilməyib: sənəd qeyri-rəsmi kanallar vasitəsilə əldə edilib.

Bununla yanaşı, o vurğulayıb ki, Trampın planında yer alan bir sıra ifadələr dəqiqləşdirmə tələb edir.

Son xəbərlər

Bütün Xəbər Lenti