Azərbaycan Özbəkistandan keşyu fındığının alışını bərpa edib
- 25 noyabr, 2025
- 14:27
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 312 ton keşyu fındığı idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 39 % çoxdur.
Hesabat dövründə Azərbaycana Vyetnamdan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 % çox) 247 ton (+34 %), Qanadan 202 min ABŞ dolları dəyərində 25 ton (1 il əvvəl tədarük olmayıb), Hindistandan 165 min ABŞ dolları dəyərində (-33 %) 21 ton (-32 %), Benindən 92,5 min ABŞ dolları dəyərində 11,3 ton (1 il əvvəl tədarük olmayıb), Özbəkistandan 21 min ABŞ dolları dəyərində 8 ton məhsul gətirilib.
Azərbaycan 9 il 8 aylıq aradan sonra Özbəkistandan keşyu fındığının tədarükünü bərpa edib.