Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlər Vətənə sədaqət andı içiblər
Hərbi
- 07 noyabr, 2020
- 17:31

Naxçıvan Qarnizonu Qoşunlarında oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər və hərbi andı qəbul etməyin sevincini yaşayan əsgərlər də döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz veriblər.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman bildirilib ki, Ordumuzun qazandığı 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərləri, hazırda işğal altında olan ərazilərimizin azad olunması uğrunda həyata keçirilən uğurlu əks-hücum əməliyyatı hər birimizi qələbəyə ruhlandırır. Ümummilli lider Heydər Əliyevin hərbi-elmi əsaslarla formalaşdırdığı Milli Ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, işğal altındakı torpaqlarımızı düşməndən azad edən peşəkar Ordumuz dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazır. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənc əsgərlərimiz də bütün döyüş tapşırıqlarını peşəkarcasına yerinə yetirən hərbi qulluqçularımız kimi Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlar.
Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Son xəbərlər
06:31
Tramp: Rəfahda atəşkəsin pozulmasının arxasında HƏMAS üsyançıları dayanır
Digər ölkələr06:12
Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb
İnfrastruktur05:39
Tramp Rusiya və Ukraynaya yenidən indiki cəbhə xəttində dayanmağı təklif edib
Digər ölkələr05:12
KİV: FIFA DÇ-2026-dan əvvəl ofsayd qaydasını dəyişə bilər
Futbol04:43
Vens: "Tomahawk" raketlərinin Kiyevə tədarükü ilə bağlı hələ qərar qəbul edilməyib
Digər ölkələr04:11
SCMP: Honkonqda yük təyyarəsi uçuş-enmə zolağından çıxıb
Digər ölkələr03:42
CNN: Trampın tətbiq etdiyi rüsumlara görə ABŞ-də qəhvə qiymətləri 20%-dən çox artıb
Digər ölkələr03:14
Baş nazirin müavini: Ukrayna Aİ-yə üzvlük məsələsində irəliləyişə ümid edir
Digər ölkələr02:44