Uşaq bağçasının qarşısında qətlə yetirilmiş qadın meyiti aşkarlandı

Hadisə
  • 22 iyul, 2021
  • 11:55
Uşaq bağçasının qarşısında qətlə yetirilmiş qadın meyiti aşkarlandı

Sabirabadda qətl hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb. Belə ki, rayonun Ulacalı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızı naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun meyiti uşaq bağçalarından birinin qarşısında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.