ABŞ Venesuela narkokartelinin 11 üzvünü məhv edib - YENİLƏNİB

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 02:36
ABŞ Venesuela narkokartelinin 11 üzvünü məhv edib - YENİLƏNİB

ABŞ Silahlı Qüvvələri beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuelanın "Tren de Aragua" narkokartelinin 11 üzvünü məhv edib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"ABŞ istiqamətində hərəkət edən və beynəlxalq sularda qeyri-qanuni narkotik vasitələr daşıyan terrorçulara zərbə endirilib. Nəticədə 11 terrorçu məhv edilib", – deyə Tramp qeyd edib.

ABŞ Karib dənizinin Venesuela sahillərində narkotik daşımaqda şübhəli bilinən gəmini atəşə tutub.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

"Bir neçə dəqiqə əvvəl biz, sözün əsl mənasında, narkotiklərlə dolu bir gəmini atəşə tutduq", – deyə Tramp qeyd edib.

O, hadisə ilə bağlı əlavə detalları açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesini Venesuela sahillərinə, Karib hövzəsinin cənub hissəsinə göndərmişdi. Bu addım "narkokartellərə qarşı əməliyyatların aparılması" məqsədi ilə atılmışdı. Bundan əlavə, "USS Newport News" adlı atom sualtı qayığının, "USS Lake Erie" raket kreyserinin, desant gəmilərinin və 4 500 hərbçinin də bölgəyə göndərildiyi bildirilmişdi.