Ekoloji təhlükəsizliyi pozduğuna görə 1411 nəfər cərimələnib
Hadisə
- 29 yanvar, 2021
- 10:29

Ötən il ekoloji təhlükəsizliyi pozduğuna görə inzibati məsuliyyətə cəlb edilən şəxslərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a bildirilib ki, ümumilikdə 2020-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 1411 nəfər inzibati məsuliyyətə cəlb olunub.
Həmin şəxslərə tətbiq olunan cərimələr 139 min 40 manat təşkil edib.
Son xəbərlər
08:14
Foto
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
İnfrastruktur07:56
Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var
Hadisə07:44
Çin ABŞ-nin optik fiberlərinə 78,2 %-ə qədər rüsum tətbiq edib
Digər ölkələr07:09
"Google" məxfiliyin pozulmasına görə 425,7 milyon dollar ödəyəcək
İKT06:42
Argentina Prokurorluğu Niderlandda nasistlərin oğurladığı rəsmi müsadirə edib
İncəsənət06:18
CNN: Çin paradda bir sıra yeni güclü silahlar nümayiş etdirib
Digər ölkələr05:53
FİFA: Klublar yay transfer pəncərəsində rekord məbləğdə pul xərcləyiblər
Futbol05:38
NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək
Digər ölkələr04:56