Azərbaycan mədəniyyət xərclərini 16 %-ə yaxın artırıb

Maliyyə
  • 22 oktyabr, 2025
  • 15:52
Azərbaycan mədəniyyət xərclərini 16 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 366,4 milyon manat xərclənib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 milyon manat və yaxud 15,8 % çoxdur.

Hesabat dövründə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 78,6 %-i icra edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti