"Yuventus"un oyunçuları "Milan"la matçdan sonra dalaşıblar
Futbol
- 21 sentyabr, 2021
- 17:07
İtaliya A Seriyasının IV turunda keçirilmiş "Yuventus" - "Milan" oyunundan sonra insident baş verib.
"Report"un "Corriere della Sera" nəşrinə istinadən məlumatına görə, Turin klubunun qapıçısı Voytsex Şensnı və yarımmüdafiəçisi Adrien Rabyo dalaşıblar.
Meydanda başlayan münaqişə paltardəyişmə otağında da davam edib. İnsidentə polşalı qapıçının "Milan"ın hücumçusu Ante Rebiçin hesabı bərabərləşdirdiyi epizodda komanda yoldaşını itələməsi səbəb olub.
Komandanın baş məşqçisi Massimiliano Alleqrinin müdaxiləsindən sonra futbolçular sakitləşiblər. 54 yaşlı mütəxəssis bu səbəbdən oyunsonrası mətbuat konfransına gecikib.
Qeyd edək ki, "Yuventus" - "Milan" görüşü 1:1 hesabı ilə başa çatıb.
Son xəbərlər
12:48
"FİNKA Azərbaycan" BOKT 5 milyon dollarlıq istiqraz buraxır
Maliyyə12:47
Federasiya rəsmisi: "Nərgiz Süleymanova öz nəticələrini öyrənəndə göz yaşlarını saxlaya bilmədi"
Fərdi12:47
AXCP Rəyasət Heyətinin üzvünə qarşı ittiham irəli sürülüb
Digər12:41
Nazirlik rəsmisi: Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur
Elm və təhsil12:38
"Abşeron" Ticarət Mərkəzi yeni şəhərsalma təşəbbüslərində sahibkarların yanındadır
Biznes12:37
"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır
Maliyyə12:36
Hikmət Hacıyev: Bakı Tehranla ticarət əlaqələrinin inkişafına ümid edir
Xarici siyasət12:31
Foto
Məktəblilərarası Milli Hakaton-2025 müsabiqəsinin qalibləri mükafatlandırılıb
Elm və təhsil12:25
Foto