"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 01 dekabr, 2025
  • 12:37
Bir Kredit BOKT 2 milyon manatlıq istiqraz buraxır

"Bir Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 2 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.

"Birkart" 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % "Kapital Bank" ASC-dir.

Son xəbərlər

Bütün Xəbər Lenti