Nazirlik rəsmisi: Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur

Elm və təhsil
  • 01 dekabr, 2025
  • 12:41
Nazirlik rəsmisi: Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur

Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli "Məktəblilərarası Milli Hakaton-2025" müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlik ali təhsil müəssisələrində İT sahəli ixtisasların artırılmasına xüsusi diqqət yetirir:

"Azərbaycanın aparıcı universitetlərində bu ixtisasa artıq böyük maraq var. Gələcəkdə həmin mütəxəssislər iqtisadiyyatımızın güclənməsinə xidmət edəcək. Bu sahənin inkişafı ölkənin iqtisadi-coğrafi məkanda öz sözünü deməsinə gətirib çıxaracaq".

Nazir müavini həmçinin 2000-2022-ci illər strategiyasına əsasən xeyli sayda məktəbin internet və kompüterlə təmin olunmasını vacib dəyişikliklər adlandırıb:

"Bu gün Azərbaycan məktəblərində kompüter, internet problemi yoxdur. Müəllimlərin işə qəbul və sertifikasiya imtahanları zamanı bu da bizə böyük kömək edir".

Son xəbərlər

Bütün Xəbər Lenti