UEFA Çempionlar Liqasında I tura 6 oyunla yekun vurulub
- 19 sentyabr, 2025
- 01:01
UEFA Çempionlar Liqasının əsas mərhələsində I tura 6 oyunla yekun vurulub.
"Report" xəbər verir ki, "Qarabağ"ın rəqiblərindən "Napoli" səfərdə "Mançester Siti"yə 0:2 hesabı ilə məğlub olub.
Ağdam təmsilçisinin digər rəqibi "Kopenhagen" evdə "Bayer 04" kollektivi ilə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib - 2:2.
Cari mövsüm qitənin ən nüfuzlu klub turnirində "köhlən atlar"la üz-üzə gələcək komandalardan "Ayntraxt" isə "Qalatasaray"ı 5:1 hesabı ilə üstələyib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
"Brügge" (Belçika) - "Monako" (Fransa) 4:1
"Kopenhagen" (Danimarka) - "Bayer 04" (Almaniya) 2:2
"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) 2:0
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə) 5:1
"Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) 4:1
"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) 1:2