UEFA Çempionlar Liqası: "Liverpul" böyük hesabla məğlub olub, "Real" səfərdə qalib gəlib

Futbol
  • 27 noyabr, 2025
  • 01:58
UEFA Çempionlar Liqası: Liverpul böyük hesabla məğlub olub,  Real səfərdə qalib gəlib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son oyun günündə daha 9 görüş baş tutub.

"Qarabağ"ın rəqiblərindən "Liverpul" evdə PSV-yə 1:4, "Ayntraxt" isə səfərdə "Atalanta"ya 0:3 hesabı ilə yenilib.

"Real" səfərdə "Olimpiakos"un qonağı olub. Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. "Kral klubu"nun bütün qollarını Kilian Mbappe vurub.

PSJ isə doğma meydanda "Tottenhem"ə 5:3 hesab ilə qalib gəlib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

V tur

26 noyabr

21:45. "Kopenhagen" (Danimarka) - "Kayrat" (Qazaxıstan) 3:2

21:45. "Pafos" (Kipr) - "Monako" (Fransa) 2:2

00:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) 5:3

00:00. "Liverpul" (İngiltərə) - PSV (Niderland) 1:4

00:00. "Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya) 3:1

00:00. "Atletik" (İspaniya) - "İnter" (İtaliya) 2:1

00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Atalanta" (İtaliya) 0:3

00:00. "Sportinq" (Portuqaliya) - "Brügge" (Belçika) 3:0

00:00. "Olimpiakos" (Yunanıstan) - "Real" (İspaniya) 3:4

Son xəbərlər

Bütün Xəbər Lenti