Qubada sərnişin avtobusu ilə yük maşını toqquşub, bir nəfər ölüb

Hadisə
  • 05 dekabr, 2025
  • 13:34
Qubada sərnişin avtobusu ilə yük maşını toqquşub, bir nəfər ölüb

Quba rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, Bakı–Quba avtomobil yolunun Qubanın Vəlvələ kəndi ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Qubadan Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu ilə "Ford" markalı yük maşını toqquşub. Qəza nəticəsində bir nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti