Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxdu

Futbol
  • 02 dekabr, 2020
  • 16:08
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxdu
Nihat Özdemir

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemirdə koronavirus aşkarlanıb.

"Report" TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, funksionerdən götürülmüş analiz nəticələri müsbət çıxıb.

Dərhal karantinə alınan Özdemirin müalicəsinə başlanılıb.