Superliqanın təşkilatçıları UEFA-ya Çempionlar Liqasının yeni formatını təklif ediblər

Futbol
  • 04 oktyabr, 2025
  • 04:15
Superliqanın təşkilatçıları UEFA-ya Çempionlar Liqasının yeni formatını təklif ediblər

Superliqanın təşkilatçıları Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) 2027-ci ildən etibarən Çempionlar Liqasının formatını dəyişməyi təklif ediblər.

"Report"un məlumatına görə, bu barədə "Mundo Deportivo" qəzeti məlumat yayıb.

Mənbələr bildirib ki, dəyişikliklər ondan ibarət olacaq ki, ümumi mərhələdə 36 komanda UEFA reytinqinə uyğun olaraq 18 klubdan ibarət iki qrupa bölünəcək. Hər komanda səkkiz oyun keçirəcək. Qrupdan ən yaxşı səkkiz yeri tutan komandalar 1/8 finala yüksələcək. İlk səkkizlik ilkin pley-off mərhələsində ikinci qrupda yer alan ən yaxşı səkkiz komanda ilə qarşılaşacaq.

Hazırda Çempionlar Liqasının mərhələsində 36 klub iştirak edir. Bütün komandalar birinci mərhələdə səkkiz oyun keçirəcək - dördü evdə, dördü isə səfərdə.

Bütün klublar konsolidasiya edilmiş cədvəldə birləşdirilib. Ən yaxşı səkkizlik avtomatik olaraq 1/8 finala yüksəlir, 9-dan 24-ə qədər olan komandalar isə pley-offun qalan iştirakçıları üçün oynayacaqlar. Çempionlar Liqası ötən mövsümdən bu formatda keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti