ABŞ-də şotdauna görə bir milyondan çox hərbçi maaşsız qalıb
Digər ölkələr
- 04 oktyabr, 2025
- 04:37
ABŞ-də bir milyondan çox hərbçi hökumətin bağlanması səbəbindən maaşsız qalıb.
"Report"un xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.
O, ABŞ ordusunda 1,3 milyon kişi və qadının maaş almadığını, hərbi ailələrin isə maliyyə qeyri-sabitliyi səbəbindən ərzaq yardımı tələb etdiyini bildirib.
Levitt bildirib ki, ABŞ prezidenti Donald Trampın "ölkənin təhlükəsizliyini bərpa etmək" səyləri hökumətin bağlanmasına baxmayaraq davam edir.
Xatırladaq ki, ABŞ hökuməti oktyabrın 1-də Respublikaçılar və Demokratlar hökumət xidmətlərinin oktyabr ayına qədər və ondan sonra maliyyələşdirilməsinə dair qanun layihəsi üzərində razılığa gələ bilmədikdən sonra qismən bağlanıb.
Son xəbərlər
00:35
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr00:23
Çilidə avtomobil yarmarka ziyarətçilərini vurub, altı nəfər ölüb
Digər ölkələr23:58
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
Hadisə23:54
Əraqçi BMT rəsmisi ilə görüşdə ABŞ-nin son hücumlarını pisləyib
Region23:47
Foto
Azərbaycan güləşçisi Yusif Dursunov Avropa çempionu olub
Fərdi23:32
Nərimanovda çoxmərtəbəli binanın zirzəmisi alışıb
Hadisə23:26
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Hadisə23:09
Türkiyənin ədliyyə nazirinə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər saxlanılıb
Region22:53
Foto