Ronaldu müdafiəçilərə ən az pressinq edən hücumçudur
Futbol
- 02 oktyabr, 2021
- 06:06

İngiltərə Premyer Liqasında rəqib müdafiəçilərə ən çox təzyiq edən hücumçular açıqlanıb.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, ilk iki pillədə "Kristal Pelas"dan Uilfrid Zaa və "Brayton"dan Nil Mope qərarlaşıb.
Onlar hər oyunda 20 dəfə rəqib futbolçulara pressinq tətbiq edib.
"Mançester Yunayted"in ulduz futbolçusu Kriştianu Ronaldu bu göstəriciyə görə sonuncu sırada yer alıb. 36 yaşlı forvard hər matçda rəqib müdafiəçilərə orta hesabla 2,7 dəfə təzyiq göstərib.
Reytinq tərtib edilərkən bu mövsüm ən azı 270 dəqiqə oynayan hücumçular nəzərə alınıb.
Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm Premyer Liqada 3 oyuna çıxıb və 3 qol vurub.
Son xəbərlər
01:54
Britaniya hökuməti şəxsi evləri qanunsuz miqrantlar üçün icarəyə götürür
Digər ölkələr01:29
Suriyada partlayış olub
Digər ölkələr01:13
Tramp polşalı həmkarını G20-nin 2026-cı ildə keçiriləcək sammitinə dəvət edib
Digər ölkələr01:07
Zelenski Ukrayna üçün "Koreya ssenarisini" güman edir
Digər ölkələr00:48
BMT ABŞ ilə Fələstin nümayəndə heyəti üçün viza məsələsini müzakirə edib
Digər ölkələr00:34
BMT: İsrailin Qəzzadakı əməliyyatları nəticəsində azı 21 min uşaq əlil olub
Digər ölkələr00:24
Foto
Cəlilabadda evdə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə00:13
Niderlandda yeniyetmə silsilə partlayışlarla əlaqədar saxlanılıb
Digər ölkələr00:04