Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 800-cü oyununu keçirib

Futbol
  • 01 dekabr, 2025
  • 10:46
Qurban Qurbanov Qarabağın baş məşqçisi kimi 800-cü oyununu keçirib

Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir kİ, bu, Misli Premyer Liqasının XIII turuna təsadüf edib.

"Karvan-Yevlax"la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanovun komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.

Qurbanovun "Qarabağ"a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, Azərbaycan Kubokunda 75, avrokuboklarda 187 matça çıxıb.

Qeyd edək ki, Q.Qurbanov "Qarabağ"da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın "Bakılı" ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti