Azərbaycanda 600 min şagirdə informatikadan əlavə rəqəmsal bacarıqlar dərsi keçilir

Elm və təhsil
  • 01 dekabr, 2025
  • 11:37
Azərbaycanda 600 min şagirdə informatikadan əlavə rəqəmsal bacarıqlar dərsi keçilir

Azərbaycanda məktəblərdə 600 min şagirdə informatikadan əlavə rəqəmsal bacarıqlar dərsi keçilir.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli nazirliyin dəstəyi ilə keçirilən "Məktəblilərarası Milli Hakaton – 2025" müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimindəki çıxışında deyib.

Onun sözlərinə görə, milli ideya əsasında əzmlə çalışmaq və təslim olmamaq şərtilə bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür:

"Bu strategiya 2022-ci ildə təsdiq ediləndə məktəblərdə internetlə, konpüterlə təminat bizim istədiyimiz səviyyədə deyil. Artıq məktəblərin kompüter və internetlə təminat böyük faizlə həll edilib. Ölkə üzrə 175 mərkəzdə Hakatona əlçatanlıq təmin olunub. Hakaton beşinci ildə artıq 350 min şagirdi əhatə edib. Məktəblərdə 300 mindən çox şagird STEAM-a cəlb edilib. Gələcəkdə bu istiqamətdə işlər daha da genişlənəcək. Bu da həm qəbul prosesinə, həm də peşə yönümü sahəsində inkişafı sürətləndirəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti