Bakıdakı biznes mərkəzi maliyyə vəziyyətini açıqlayıb

Biznes
  • 01 dekabr, 2025
  • 11:38
Bakıdakı biznes mərkəzi maliyyə vəziyyətini açıqlayıb

"Çinar Park" QSC 2024-cü ili 2,985 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 51,9 % çoxdur.

Ötən il səhmdar cəmiyyətinin vergiyəqədərki mənfəəti 3,679 milyon manat (illik müqayisədə 67,6 % çox), mənfəət vergisi ödəmələri isə 694 min manat (3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Çinar Park"ın aktivləri 93,419 milyon manat olub ki, bu da illik müqayisədə 1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 27,5 % azalaraq 10,433 milyon manata, balans kapitalı isə 3,7 % artaraq 82,987 milyon manata çatıb.

Xatırladaq ki, "Çinar Park" 2006-cı ildə yaradılıb, Bakı Ziya Bünyadov prospektində yerləşir. Onun nizamnamə kapitalı 4,325 milyon manatdır.

Son xəbərlər

Bütün Xəbər Lenti