AMB 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Maliyyə
- 01 dekabr, 2025
- 11:37
Azərbaycan Mərkəzi Bankı (AMB) "Nova Credit" və "İDK" MMC-lər, eləcə də "Azərbaycan Mikro-Kredit" ASC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, BOKT-ların vəzifəli şəxsləri müvafiq olaraq 4 min manat, 2 min manat və 10 min manat cərimələnib.
Son xəbərlər
12:23
Hikmət Hacıyev: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək
Xarici siyasət12:21
"Azərbaycan Dəmir Yolları"nın strateji aktivlərinin inkişafı üzrə beşillik strategiya hazırlanıb
Maliyyə12:21
İngiltərə klubu "Barselona"nın futbolçusu üçün 75 milyon avro təklif edib
Futbol12:15
Hikmət Hacıyev: Azərbaycan üçün Cənubi Qafqazdakı münaqişə başa çatıb
Xarici siyasət12:15
Prezidentin köməkçisi: Azərbaycan Aİ ilə enerji əməkdaşlığını dərinləşdirməyə hazırdır
Digər12:12
DYP avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış edib
Daxili siyasət12:07
Sabah bəzi yerlərə qar yağacaq - PROQNOZ
Ekologiya12:04
İrandan Azərbaycana 21 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə12:01
Foto