Azərbaycan daha iki ölkədən kələm tədarük etməyə başlayıb
- 01 dekabr, 2025
- 11:41
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,94 milyon ABŞ dolları dəyərində 4 840 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 52 dəfə, kəmiyyət olaraq – 71 dəfə azdır.
Hesabat dövründə Azərbaycan İrandan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 dəfə çox) 4 498 ton (+107 dəfə), Rusiyadan 110,1 min ABŞ dolları dəyərində 275,3 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 24,7 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 60,2 ton (+3,5 dəfə), Niderlanddan 5 min ABŞ dolları dəyərində (+1,8 %) 6,26 ton (+2,6 %), Çindən 0,38 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan (0,22 min ABŞ dolları dəyərində 0,01 ton) və Çindən tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 76 ton kələmin 67 %-i İranın payına düşüb.