Portuqaliya çempionatında kuryoz qol vuruldu
Futbol
- 21 mart, 2021
- 13:20

Futbol üzrə Portuqaliya Sequndasının "Varzim" - "Mafra" matçının ikinci hissəsində kuryoz epizod baş verib.
"Report"un məlumatına görə, 53-cü dəqiqədə meydan sahiblərinin qapıçısı Rikardu Nuneş özlərinə aid cərimə meydançasından topu qüvvətli zərbə ilə irəli vurub. Top bütün meydanın üzərindən uçaraq rəqibin cərimə meydançası qarşısında yerə dəyib və "Mafra"nın qapısına daxil olub.
Rkardu vurduğu qola emosional reaksiya verib və sevincini komanda yoldaşları ilə bölüşməyə tələsib.
Qeyd edək ki, 2:0 hesabı ilə qalib gələn "Varzim" xalını 21-ə çatdıraraq, 17-ci pillədə qərarlaşıb. "Mafra" isə 33 xalla 8-cidir.
Aproveita porque não vês disto todos os dias! #Canal11 #FutebolEmPortuguês pic.twitter.com/95mPGophFL
— Canal 11 (@Canal_11Oficial) March 20, 2021
Son xəbərlər
13:46
Əməkdar rəssam: Müslüm Maqomayevin abidəsi maraqlıdır, amma mən onu başqa cür hazırlayardım
İncəsənət13:46
"Lənkəran" amerikalı basketbolçu transfer edib
Komanda13:44
"Real"ın baş məşqçisi gənc yarımmüdafiəçi üçün klub rəsmisinin Niderlanda getməsini istəyib
Futbol13:43
Təqsirəndirilən şəxsin etirafı: 1992-ci il fevralın 26-dan martın 8-dək Xocalıda talanlar davam edib
Hadisə13:34
Kobaxidze: Aİ bürokratiyasına bir daha deyirik – gəlin, oturaq və danışaq
Region13:32
Aİ-nin AŞ-dəki nümayəndə heyəti: Azərbaycan və Ermənistanın sülh sazişini imzalaması və ratifikasiya etməsi vacibdir
Xarici siyasət13:28
Foto
Səfir: Azərbaycan Pakistan ilə media sahəsində əməkdaşlığın inkişafında maraqlıdır
Xarici siyasət13:25
Baş katib: NATO ilə əməkdaşlıq Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiyanı gücləndirib
Digər ölkələr13:19
Foto