MOİK-in futbolçusu hakimləri təhqir etdiyi üçün cəzalanıb
Futbol
- 19 noyabr, 2021
- 09:56
AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Elgün Bayramovu 4 oyunluq cəzalandırıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 18 yaşlı qapıçının "Qaradağ Lökbatan"a qarşı I Divizionun VIII tur oyunundan sonra hakimlər briqadasını təhqir etməsi səbəb olub.
Ordu klubu bunun üçün 320 manat məbləğində cərimələnib.
Bundan əlavə, hər iki komandanın 4 oyunçusu görüşdə sarı vərəqə alıb. Tərəflər bu səbəbdən əlavə 80 manat ödəyəcəklər.
Qeyd edək ki, qarşılaşma "Qaradağ Lökbatan"ın minimal hesablı qələbəsi ilə yekunalaşıb - 1:0.
Son xəbərlər
04:09
BMT: Bu il qlobal iqtisadi artım səviyyəsinin 2,6%-ə qədər azalacağı gözlənilir
Digər ölkələr03:34
Tramp Lula da Silva ilə ABŞ-nin Braziliyaya tətbiq etdiyi tarifləri müzakirə edib
Digər ölkələr03:06
"Barselona" İspaniya Futbol Çempionatında "Atletiko Madrid"i məğlub edib
Futbol02:17
Putinin köməkçisi: Rusiya ilə ABŞ arasında təmaslar davam edəcək
Region02:06
Uşakov: Kremldə Ukraynada sülh planının bir neçə variantı müzakirə olunub
Region02:04
Xəzərin sahilində tapılan ölü suitilərin sayı 500-ə çatıb - Yenilənib
Digər01:37
Foto
Putinlə Uitkoff arasında 5 saatdan çoxdur davam edən görüş yekunlaşıb - Yenilənib-2
Digər ölkələr01:21
Lavrov ATƏT-i kəskin tənqid edib
Region00:48