İngiltərə klubu ad günündə tort gətirməyən futbolçuları cərimələyir
Futbol
- 30 noyabr, 2021
- 14:27

İngiltərənin "Börnli" klubunun baş məşqçisi Şon Dayç futbolçuları cərimələmək üçün maraqlı üsul tapıb.
"Report"un məlumatına görə, bu barədə komandanın yarımmüdafiəçisi Duayt Maknil "Daily Mail" nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, oyunçular ad günlərində komanda yoldaşlarına tort verməsələr, cərimələnəcəklər: "Bizim pəhrizlə məşğul olan mütəxəssislərimiz var. Hər gün çəkimizi və bədənimizdəki yağ səviyyəsini ölçürük. Buna görə hamının forması qaydasındadır. Amma kiminsə doğum günü olanda vəziyyət dəyişir. Həmin şəxs komanda yoldaşlarına tort gətirməsə, cərimələnir".
Qeyd edək ki, "Börnli" Premyer Liqada 12 turdan sonra 9 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Son xəbərlər
01:54
Britaniya hökuməti şəxsi evləri qanunsuz miqrantlar üçün icarəyə götürür
Digər ölkələr01:29
Suriyada partlayış olub
Digər ölkələr01:13
Tramp polşalı həmkarını G20-nin 2026-cı ildə keçiriləcək sammitinə dəvət edib
Digər ölkələr01:07
Zelenski Ukrayna üçün "Koreya ssenarisini" güman edir
Digər ölkələr00:48
BMT ABŞ ilə Fələstin nümayəndə heyəti üçün viza məsələsini müzakirə edib
Digər ölkələr00:34
BMT: İsrailin Qəzzadakı əməliyyatları nəticəsində azı 21 min uşaq əlil olub
Digər ölkələr00:24
Foto
Cəlilabadda evdə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə00:13
Niderlandda yeniyetmə silsilə partlayışlarla əlaqədar saxlanılıb
Digər ölkələr00:04