Azərbaycan amputant millisinin üzvü: "Hədəf kuboku Azərbaycanda saxlamaqdır"

Futbol
  • 17 oktyabr, 2025
  • 14:52
Azərbaycan amputant millisinin üzvü: Hədəf kuboku Azərbaycanda saxlamaqdır
Fərhad Əyyubov

Azərbaycanın amputant millisinin hədəfi Millətlər Liqasını qələbə ilə başa vurmaqdır.

"Report" xəbər verir ki, bunu komandanın üzvü Fərhad Əyyubov jurnalistlərə açıqlamasında deyib.

O, Belçikaya qalib gəldikləri oyunu şərh edib:

"Belə mötəbər turnirin Azərbaycanda təşkil olunması bizi çox sevindirir. Məqsədimiz odur ki Azərbaycanda amputant futbolu inkişaf etsin. Bizim kimi insanların reabilitasiyasına dəstək olaq. Komanda bir neçə aydır ki çox ağır məşqlər keçir və bu gün bəhrəsini gördük. Kimin qol vurmasının o qədər də önəmi yoxdur. Əsas olan komandanın qələbəsidir. Turniri qələbə ilə başa vurub kuboku Azərbaycanda saxlamaq lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Belçikanı 3:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti