AFFA-nın milliləşdirmək istədiyi futbolçu klubu ilə müqaviləni ləğv etdi
Futbol
- 11 sentyabr, 2020
- 05:09
Rumıniyanın "Universitatya" klubu 2019/2020 mövsümündə icarə əsasında "Keşlə"də çıxış etmiş Sezar Meza Kolli ilə yollarını ayırıb.
"Report" "Prosport.ro" saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, Sezar Meza Kollinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. AFFA paraqvaylı oyunçunu milliləşdirmək istəyir. Yarımmüdafiəçinin yenidən "Keşlə" ilə müqavilə imzalayacağı gözlənilir. Sezar Meza Kolli "Keşlə"də 2013 - 2016 və 2018-ci ildə də çıxış edib. O, eyni zamanda 2016/2017 mövsümündə "Zirə"nin formasını geyinib.
Son xəbərlər
01:14
KİV: Kaliforniyada "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr00:46
AP: "Signal" mesenceri ilə bağlı qalmaqal Pentaqon əməkdaşlarını təhlükə altına qoyub
Digər ölkələr00:18
Moskva–Pxuket reysi üzrə uçan təyyarə mühərriki yandığına görə təcili eniş edib
Region00:09
Merts: Almaniya kosmik təhlükəsizlik arxitekturasına 35 milyard avro investisiya qoyacaq
Digər ölkələr23:45
Zelenski: Ukrayna ABŞ-də yeni görüşlərə hazırlaşır
Digər ölkələr23:34
Video
Qərbi Azərbaycan Xronikası: İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti
Mədəniyyət siyasəti23:16
Boçorişvili ilə ATƏT-in Baş katibi regional təhlükəsizliyi müzakirə edib
Region23:03
Tayani: İtaliya PURL proqramında iştirak etməyəcək
Digər ölkələr22:46