Boçorişvili ilə ATƏT-in Baş katibi regional təhlükəsizliyi müzakirə edib

Region
  • 03 dekabr, 2025
  • 23:16
Boçorişvili ilə ATƏT-in Baş katibi regional təhlükəsizliyi müzakirə edib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, tərəflər regionda baş verən siyasi prosesləri, təhlükəsizlik məsələlərini, eləcə də bu çərçivədə ATƏT-in rolunu müzakirə ediblər.

Nazir bildirib ki, Gürcüstan təşkilatla mütəmadi dialoq və əməkdaşlığı yüksək qiymətləndirir:

"ATƏT-in Baş katibi ilə mütəmadi olaraq dialoqumuz, görüşlərimiz olur. Gürcüstan ATƏT-in üzvüdür və bu formatda əməkdaşlıq bizim üçün vacibdir".

Boçorişvilinin sözlərinə görə, Gürcüstanın təhlükəsizliyi və sabitliyi ilə bağlı əsas müzakirələr məhz ATƏT platformasında aparılır.

Nazir vurğulayıb ki, Tbilisi ATƏT-in regiondakı dinamik proseslərə verdiyi töhfəni əhəmiyyətli hesab edir:

"Biz işğalla bağlı narahatlığımızı bildiririk. ATƏT Cenevrədəki beynəlxalq danışıqlarda iştirak edir. Görüş zamanı ölkəmizin təhlükəsizliyi və sabitliyi, regionda gedən proseslər və bu proseslərdə ATƏT-in rolu barədə ətraflı müzakirə apardıq".

Görüşdə həmçinin Cənubi Qafqazdakı mövcud vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti