Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə gedir
Fərdi
- 05 fevral, 2022
- 06:01

Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edəcək.
Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin "Report"a verdiyi məlumata görə, nazir Azərbaycan təmsilçilərinin olimpiadadakı çıxışlarını izləyəcək.
Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Son xəbərlər
05:39
ABŞ Konqresi Epşteyn işi üzrə materialları dərc edib
Digər ölkələr05:12
Prezident İlham Əliyev Pekində İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradı izləyir
Xarici siyasət05:04
Britaniyada 16 yaşdan kiçik uşaqlara enerji içkilərinin satışı qadağan ediləcək
Digər ölkələr04:33
Lavrov: ABŞ Ukrayna ilə bağlı fəal diplomatik səylər göstərir
Region04:13
KİV: Ukrayna şirkəti Danimarkada bərk raket yanacağının istehsalına başlayacaq
Digər ölkələr03:56
Rusiyadan ixrac edilən buğda rüsumu 4,2 dəfə artıb
Region03:39
BMT zəlzələ ilə bağlı Əfqanıstana 25 yardım və qiymətləndirmə qrupu göndərib
Digər ölkələr03:03
ABŞ-nin tarifləri Rusiya neftinin tədarükünə təsir edir
Digər ölkələr02:36
Video