Azərbaycanın paragüllə atıcıları dünya çempionatına 2 lisenziya qazanıblar
Fərdi
- 01 sentyabr, 2025
- 12:48

Azərbaycanın paragüllə atıcıları dünya çempionatına 2 lisenziya qazanıblar.
Bu barədə "Report"a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Serbiyanın Novi Sad şəhərində keçirilən Beynəlxalq Qran-pridə iştirak edən Kamran Zeynalov və Aybəniz Babayeva göstərdikləri yüksək nəticələr sayəsində mundiala lisenziya əldə ediblər.
10 metr məsafədən atəş açmada (P1) K.Zeynalov qızıl medal qazanıb, 50 metr məsafədə (P4) isə 4-cü yeri tutub. Paris-2024 Yay Paralimpiya Oyunlarının iştirakçısı olan Aybəniz Babayeva isə yarışı müvafiq olaraq 4-cü və 8-ci pillələrdə başa vurub.
Qeyd edək ki, dünya çempionatı 2026-cı il sentyabrın 3-dən 14-nə qədər Cənubi Koreyanın Çhanvon şəhərində keçiriləcək.
Son xəbərlər
16:33
Maqdalena Qrono: Naxçıvan mühüm logistika mərkəzinə çevriləcək
İnfrastruktur16:33
Məhkəmə külli miqdarda rüşvət almaqda təqsirləndirilən sabiq hərbi komissarı azadlığa buraxıb
Hadisə16:32
Azərbaycanın hakim-inspektoru UEFA-dan təyinat alıb
Futbol16:31
Abşeronda polis əməliyyatlar keçirib, narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb
Hadisə16:30
"Zirə"nin daha bir futbolçusu ölkəsinin millisinə dəvət alıb
Futbol16:28
Maqdalena Qrono: Yolların açılması və əməkdaşlığın qurulması Cənubi Qafqaz üçün əhəmiyyətlidir
Xarici siyasət16:27
"Aston Villa" "Mançester Yunayted"in futbolçusunu transfer edib
Futbol16:24
Ərdoğan və Pezeşkian Çində görüşüb
Region16:23