III MDB Oyunları: Azərbaycan üzgüçüləri bu gün dördüncü medalı qazanıblar - YENİLƏNİB-2

Fərdi
  • 29 sentyabr, 2025
  • 11:52
III MDB Oyunları: Azərbaycan üzgüçüləri bu gün dördüncü medalı qazanıblar - YENİLƏNİB-2

Azərbaycanın daha bir üzgüçüsü III MDB Oyunlarında gümüş medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, Süleyman İsmayılzadə 200 metr məsafəyə sərbəst üsulla üzməkdə ikinci yeri tutub.

Rusiyalı Boqdan Toropkin qızıl, onun həmyerlisi Matvey Nesterov bürünc medala sahib çıxıb.

Azərbaycanın daha iki təmsilçisi III MDB Oyunlarında medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, üzgüçülər Mehri Əbdürəhmanlı gümüş, Anastasiya Qnussina bürünc mükafat əldə edib.

Onlar 200 metr məsafəyə "butterfly" üsulu ilə üzməkdə uğurlu çıxış ediblər.

Qızıl medala rusiyalı Anastasiya Çernışova sahib çıxıb.

Azərbaycan üzgüçüsü Oktay Hüseynov III MDB Oyunlarında medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, idmançı gümüş mükafata sahib çıxıb.

O, 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə uğurlu çıxış edib.

Rusiyalı Maksim Starovoytov qızıl, özbəkistanlı Javlonbek Qaniyev bürünc medala sahib çıxıb.

Son xəbərlər

Bütün Xəbər Lenti