III MDB Oyunlarında stolüstü tennis yarışlarının qalibi müəyyənləşib - YENİLƏNİB 2
- 29 sentyabr, 2025
- 14:02

III MDB Oyunlarında stolüstü tennis yarışlarının qalibi müəyyənləşib.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə Rusiya idmançıları birici yerə çıxıb.
Qonşu ölkə təmsilçiləri stolüstü tennis yarışlarını 10 medalla (9 qızıl, 1 gümüş) bitirib. 6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.
Özbəkistan 1 gümüş, 6 bürünc medalla dördüncü, Qazaxıstan isə 3 bürünc medalla 5-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan stolüstü tennis yarışlarında 3 qız, eyni sayda oğlan idmançı ilə təmsil olunub.
Azərbaycanın daha iki stolüstü tennisçisi Adil Əhmədzadə və Mərziyyə Nurmətova III MDB Oyunlarında gümüş medal qazanıblar.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, fərdi yarışların finalında A.Əhmədzadə rusiyalı rəqibi Yevgeni Vasikova, M.Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terekovaya 0:3 hesabı ilə məğlub olublar.
Daha əvvəl Onur Quluzadə fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub - 0:3.
Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl 6 medal (3 gümüş, 3 bürünc) qazanıblar.
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarını 9 medalla başa vurublar.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün baş tutan final görüşlərində yarışlarda Onur Quluzadə, Adil Əhmədzadə və Mərziyyə Nurmətova Azərbaycanın aktivinə daha 3 gümüş medal yazdırıblar.
Bununla da Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarını 9 medalla (6 gümüş, 3 bürünc) başa vurublar.