"Ferrum Kapital"ın öhdəlikləri 27 % artıb

Maliyyə
  • 29 sentyabr, 2025
  • 12:02
Ferrum Kapitalın öhdəlikləri 27 % artıb

Azərbaycanın aparıcı faktorinq xidməti "Ferrum Kapital" QSC 2024-cü ili 2,708 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 20 % çoxdur.

Ötən il "Ferrum Kapital"ın vergiyəqədərki mənfəəti 3,402 milyon manat (əvvəlki ilə nisbətən 19,8 % çox), mənfəət vergisi ödəmələri isə 693 min manat (20,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Ferrum Kapital"ın aktivləri 75,633 milyon manat olub ki, bu da illik müqayisədə 28,7 % çoxdur. Bunun 50,647 milyon manatı müştərilərə verilmiş kreditlər və avanslardır. Son 1 ildə şirkətin borc portfeli 25,9 % böyüyüb.

Hesabat dövründə şirkətin öhdəlikləri 27 % artaraq 67,106 milyon manata, balans kapitalı isə 44,1 % artaraq 8,527 milyon manata çatıb.

Xatırladaq ki, "Ferrum Kapital" yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin təsisçiləri Qafar Dəmirçi (68 %), Məhəmməd Həbibzadə (23 %), "AQA Şirkətlər Qrupu" MMC (4,5 %) və "Vesta İnvestment" MMC-dir (4,5 %).

Son xəbərlər

Bütün Xəbər Lenti