Azərbaycan millisinin məşqçisi: "Yarımfinalda rəqiblərimiz güclü idi"

Komanda
  • 26 sentyabr, 2025
  • 17:39
Azərbaycan millisinin məşqçisi: Yarımfinalda rəqiblərimiz güclü idi
Ramil Cəfərov

III MDB Oyunlarının stolüstü tennis yarışında Azərbaycan millisinin yarımfinaldakı rəqibləri güclü olub.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu oğlanlardan ibarət millinin məşqçisi Ramil Cəfərov deyib.

Mütəxəssis nəticənin onlar üçün də maraqlı olacağını söyləyib:

"Uzun müddətdir yarışa yaxşı hazırlaşırdıq. İdmançılarımız azarkeşlərimizin qarşısında, evdə daha inamlı çıxış edirdilər. Rəqiblərimiz güclü idi. Amma sabah bizi Rusiya kimi iddialı komanda gözləyir. Bu kollektivlə uzun zamandır üz-üzə gəlmirik. Nəticə bizim üçün də maraqlı olacaq".

Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq-qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışına sentyabrın 29-da yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti