Xaçmazda minik avtomobili çaya aşıb, xəsarət alanlar var

Hadisə
  • 26 sentyabr, 2025
  • 19:13
Xaçmazda minik avtomobili çaya aşıb, xəsarət alanlar var

Xaçmaz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, "Mitsubishi Pajero" markalı minik avtomobili rayon ərazisindən keçən "Ağçay" çayına düşüb.

İlkin məlumata görə, minik avtomobilində olan altı nəfər ağır bədən xəsarətləri alıb.

Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti