Səfir: Çexiya Azərbaycanın önəmli tərəfdaşıdır

Xarici siyasət
  • 26 sentyabr, 2025
  • 19:26
Səfir: Çexiya Azərbaycanın önəmli tərəfdaşıdır

Çexiya Azərbaycanın önəmli tərəfdaşıdır.

"Report" xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek bu ölkənin Dövlətçilik Günü münasibətilə Bakıda keçirilən qəbulda deyib.

M. Sedlaçek qeyd edib ki, Azərbaycanın güclü və suveren rəhbərliyə sahib olması beynəlxalq arenada hazırkı şəkildə hərəkət etməsi və bununla da hörmət qazanması diqqətəlayiqdir.

Diplomat daha sonra 35 illik diplomatik fəaliyyətdən sonra səfir kimi bu günün, bəlkə də, onun sonuncu qəbul çıxışı olmasından söz açıb:

"Ona görə də icazə verin, xüsusilə də Avropa və bəlkə də, Avropa İttifaqının mövcud vəziyyəti barədə fikirlərimi bölüşüm. Axmaqlıqla mübarizədə qalib olmaq mümkün deyil, amma bu mübarizəni aparmağa dəyər. Biz bu mübarizəni mənəvi üstünlük hissi ilə yox, cəmiyyətin həqiqətlə illuziyanı ayırd etməsi üçün məsuliyyət hissi ilə aparırıq. Əgər bu mübarizədən imtina etsək, bizi vətəndaş cəmiyyəti kimi bir arada saxlayan əsas duyğudan məhrum olarıq. Bizə yeni bir etnos lazımdır, mütləq deyil ki, bu, dini xarakter daşısın, amma insan ləyaqətini və ümumi prinsipləri qorumalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti