Bakıda Çex Respublikasının Dövlətçilik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Xarici siyasət
  • 26 sentyabr, 2025
  • 19:10
Bakıda Çex Respublikasının Dövlətçilik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Bakıda Çex Respublikasının Dövlətçilik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

"Report" xəbər verir ki, Çexiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə fəxri qonaq qismində Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov iştirak edir. Ümumi qonaqlar arasında isə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, deputatlar, ictima-siyasi xadimlər yer alır.

Son xəbərlər

Bütün Xəbər Lenti