SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib

Energetika
  • 18 sentyabr, 2025
  • 11:06
SOCAR Uzbekneftegazın əməkdaşları üçün təcrübə proqramları təşkil edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Uzbekneftegaz" şirkəti arasında əməkdaşlıq çərçivəsində neft-qaz sənayesinin müxtəlif sahələrini əhatə edən təcrübə mübadiləsi proqramları həyata keçirilir.

"Report" SOCAR-a istinadən xəbər verir ki, layihə çərçivəsində  sentyabrın 8–12-də "Uzbekneftegaz" şirkətinin əməkdaşları üçün "İnsan resurslarının idarə edilməsi" sahəsində təcrübə proqramı həyata keçirilib.

Proqram iştirakçılarının SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ilə görüşündə təcrübə mübadiləsinin əhəmiyyəti, tərəfdaşlıq imkanları və əməkdaşlıq perspektivləri müzakirə olunub. İştirakçılar, həmçinin SOCAR-ın Bakı Ali Neft Məktəbində və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində olublar.

Qeyd edək ki, cari il avqustun 25–29-da "Uzbekneftegaz" şirkətinin əməkdaşları üçün "Geoloji-kəşfiyyat işlərinin aparılmasının müasir üsulları və karbohidrogen ehtiyatlarının hasilatının artırılması" istiqamətində də təcrübə proqramı təşkil olunub.

Proqram qarşıdakı mərhələlərdə "Neft-qaz biznesində risklərin idarə edilməsi", eləcə də "Neft-qaz kompleksində innovasiya fəaliyyətinin idarə olunması" mövzuları üzrə davam etdiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti