"CESI Consulting": Azərbaycanda dəniz külək enerjisi üçün böyük imkan var

Energetika
  • 25 sentyabr, 2025
  • 10:34
CESI Consulting: Azərbaycanda dəniz külək enerjisi üçün böyük imkan var
Andrea Meola

Azərbaycanda dəniz külək enerjisindən istifadə ilə bağlı böyük imkanlar var.

"Report" xəbər verir ki, bunu "CESI Consulting" şirkətinin Qlobal Bazarlar və Biznesin İnkişafı üzrə direktoru Andrea Meola Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda əksər ölkələr bərpa olunan enerji sahəsini sürətlə inkişaf etdirir: "Amma onlar enerji keçidinə Avropadakı digər ölkələrə nisbətən daha gec başlayıblar. Odur ki, indi onlar aradakı fərqi də aradan qaldırmağa çalışırlar".

O qeyd edib ki, Azərbaycanda dəniz külək enerjisindən istifadə ilə bağlı böyük imkanlar var: "Əlbəttə, sizə bununla bağlı alıcılar lazımdır. Bundan başqa, yeni generasiyanın həyata keçirilməsi üçün biznes imkanları yaratmağa qadir olan ixrac marşrutları tapmalısınız. Odur ki, bu sahə ilə bağlı həyata keçirilən layihələr çox vacib təşəbbüslərdir".

Son xəbərlər

Bütün Xəbər Lenti