Ərdoğan Trampla Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə edib

Region
  • 28 sentyabr, 2025
  • 00:04
Ərdoğan Trampla Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə edib

Sentyabrın 25-də Vaşinqtonda Türkiyə və ABŞ prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında keçirilən danışıqlarda digər mövzularla yanaşı, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün birgə addımların atılması məsələsi də gündəmə gətirilib.

"Report"un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə ABŞ-yə səfərinin nəticələri barədə danışarkən deyib.

"Ərdoğan və Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün birgə mümkün addımları müzakirə ediblər. Həmçinin iki ölkənin NATO çərçivəsində əməkdaşlığı müzakirə olunub", - nazir bildirib.

Fidanın sözlərinə görə, Türkiyə lideri bundan başqa, Fələstin məsələsini gündəmə gətirib: "O, bu məsələlərin bizim üçün əhəmiyyətini xüsusilə vurğuladı. Ən önəmlisi Qəzza zolağında dərhal atəşkəsin bərqərar olması, eləcə də İsrailin bölgədəki ekspansionist siyasəti ilə bağlı risklərdir".

Gündəliyə Suriya - ABŞ münasibətləri ilə bağlı məsələlər də daxil edilib. "Bütün ölkələr razıdır ki, Suriya öz ərazi bütövlüyünü və siyasi birliyini qorumalıdır", - Türkiyənin xarici işlər naziri vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti